skip to Main Content
Elman Bəşir oğlu Babayev (Ərəblinski)

Zaqatala, Balakən, Qax və Şəki vilayətlərinin böyük din xadimi olmuş Şeyx Şahsəlim Əlibəy oğlu Ərəblinskinin nəvələri ELMAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ) 1942-ci ildə və ELXAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ) 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdular.

Elxan Bəşir oğlu Babayev (Ərəblinski)

Zaqatala, Balakən, Qax və Şəki vilayətlərinin böyük din xadimi olmuş Şeyx Şahsəlim Əlibəy oğlu Ərəblinskinin nəvələri ELMAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ) 1942-ci ildə və ELXAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ) 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdular.

ELMAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ)

Elman Bəşir oğlu Babayev 1942-ci ildə Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta təhsili Şuşa şəhərində Tam orta internat məktəbində almışdır. Sonra təhsilini İxtisaslaşdırılmış Texniki Məktəbdə davam etdirmişdir. Məktəbi bitirəndən sonra ADNA Energetika fakultəsinə qəbul olunmuşdur.
Ali təhsili bitirəndən sonra Belorusiyada hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdə özünü nümunəvi hərbçi kimi göstərmiş və Komandanlığı tərəfindən Ali Partiya Məktəbinə oxumağa göndərilmişdi. Məktəbi müvəffəqiyyətlə bitirəndən sonra Sovet Ordusunda bir neçə məsuliyyətli vəzifələrdə işləmiş,  sonra ailə vəziyyətinə görə mülki xidmətə qayıdıb, uzun illər energetika sahəsində adi ustadan baş energetik vəzifəsinə kimi yüksəlmişdir.
Şahmat üzrə ustalığa namizəd, Sualtı üzgüçülük və sambo üzrə idman ustası dərəcəsini almışdır, dəfələrlə Respublika Çempionu adına layiq görülmüşdür.

İgidliyə Görə (За Отвагу), Rəşadətliyə görə (За Доблесть), Əmək qəhrəmanı (Герой труда) və digər mükafatlara layiq görülmüşdür.

1990-cı ildən Allahın müqəddəs adlarından birini daşıyan “XALİQ” kitabı üzərində işə başlamışdır. Kitabda əks olunan bütün məlumatlar müəllifə yuxuda göndərilmişdir.
Dini-etiqad sahəsində xüsusi bilikləri və təhsili olmayan bir şəxs tərəfindən belə zəngin və mənəvi ədəbi işin yazılması bu günə kimi böyük maraq və heyranlıq doğurur.

“XALİQ” kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən təşkil olunan VI Bakı Kitab Bayramı çərçivəsində 2005-ci ilin “ƏXLAQ KİTABI” MİLLİ KULTUROLOJİ MÜKAFATI ilə təltif olunmuşdur

Elman Bəşir oğlu Babayev (Ərəbinski) 2017-ci ildə fevralın 11-də Bakı şəhərində dünyasını dəyişib.

 

ELXAN BƏŞİR OĞLU BABAYEV (ƏRƏBLİNSKİ)

Elxan Bəşir oğlu Babayev (Ərəblinski) 1947-ci ildə Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta təhsili Ordubad şəhərində Tam orta məktəbində almışdır. Məktəbi bitirəndən sonra ADNA Energetika fakultəsinə qəbul olunmuşdur.
Ali təhsili bitirəndən sonra Stalinqrad şəhərində hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən qayıdandan sonra tikinti-quraşdırma sahədə adi ustadan Elmi-İstehsalat Müassisənin direktoru vəzifəsinə kimi yüksəlmişdir.

Fəlsəfə üzrə elmlər doktoru, Azərbaycan Ağsaqqallar Şurasının üzvü.

“XALİQ” kitabinin yazılmasında maddi və mənəvi dəstək göstərmişdir.

Back To Top